Türkiyə Super Liqasının 25-ci turunda "Qalatasaray" "RAMS Park"da "Fənərbağça"nı qəbul edib.
Offsideplus.az xəbər verir ki, derbidə qol səsi çıxmayınca görüş 0:0 hesabla yekunlaşıb. Diqqət çəkən məqamlardan biri bu olub ki, bu gün baş tutan qarşılaşma 2014-15 mövsümündən bəri ilk hissədə çərçivəyə zərbə, küncə zərbəsi və oyundan kənar vəziyyət olmayan ilk oyun olub.
Son dəqiqələrdə isə Yunus Akgün və Fred arasında mübahisə düşüb və hər iki oyunçu sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu görüşdən sonra "Qalatasaray" 64 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Fənərbağça" isə 58 xalla ikincidir.
Görüşdə yaşanan maraqlı anları, mümkün qol epizodlarını və seyvləri təqdim edirik: