“Trabzonspor” müdafiəçi Stefano Densvilin müqaviləsinin ləğv edildiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bunlar yazılıb:

"Klubumuz ilə peşəkar futbolçumuz Stefano Densvil arasında 01.07.2022 başlanğıc və 31.05.2025 bitiş tarixli peşəkar futbolçu müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilmişdir".

Edilən anlaşmaya görə oyunçuya hər hansı bir müqavilə ləğv etmə təzminatı ödənilməyəcəkdir.