"Qalatasaray"ın forvardı Mauro İkardi karyerasını Argentinada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı ESPN yayıb.
Mənbəyə görə, təcrübəli hücumçu "River Pleyt"in diqqət mərkəzindədir. Baş məşqçi Marselo Qallardonun istəyi ilə bu transfer işi davam edir. Tərəflər yanvar ayında yenidən mümkün keçidlə bağlı müzakirələr aparacaqlar.
Qeyd edək ki, İkardi 2022-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.