"Atalanta"nın futbolçusu Mario Paşaliç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, məlumatı "Sabah" yayıb.
Xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi "Qalatasaray"ın maraq dairəsindədir. Mənbənin məlumatına görə, İstanbul klubu transfer üçün İtaliya təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, sözügedən oyunçunun "Atalanta" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.