"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen gələcəyi ilə bağlı mətbuata maraqlı açıqlama verib. 

Offsideplus.az "HT Spor"a istinadən xəbər verir ki, forvard bunları söyləyib:

"Buraya gəlmək mənim üçün bir imtiyazdır. Droqba da burada oynadı. "Qalatasaray" azarkeşlərinin məni necə qarşıladıqlarını xatırlayanda özümü xoşbəxt hiss edirəm. Buradan daha yaxşı yerdə xoşbəxt ola bilməzdim. Çox böyük klubdayam. Mən bu klub üçün əlimdən gələni etməyə hazıram. Məqsədim bu ili burada başa vurmaqdır".