Pep Qvardiola mövsümün final mərhələsində misirli hücumçu Omar Marmuşun "Mançester Siti" üçün həlledici rol oynayacağını gözləyir.

Offsideplus.az xəbər verir ki, Premyer Liqada "Arsenal"dan 5 xal geri qalan və ehtiyatda bir oyunu olan "şəhərlilər"i qarşıdakı 12 gündə 4 mühüm matç (o cümlədən İngiltərə Kubokunun finalı) gözləyir.

Bu mövsüm əsasən ehtiyatda qalan Marmuş sonuncu "Brentford"la oyunda (3:0) qol vuraraq özünü sübut edib.

Qvardiola heyətdə rotasiyalar edəcəyini və Marmuşa şans verəcəyini bildirib:

"Omar əsl hücumçudur, lakin qarşısında Erlinq Haland kimi oyunçu var. Buna baxmayaraq, Marmuşun meydanda olduğu hər dəqiqəyə düşən qol göstəricisi çox yüksəkdir və onun töhfəsi bizim üçün çox önəmlidir".