Joao Kanselo futbol tarixində unikal rekorda imza atıb.

Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın "El Klasiko"dakı qələbəsi və La Liqa çempionluğu portuqaliyalı müdafiəçini tarixdə Avropanın 5 böyük liqasında (İspaniya, İngiltərə, İtaliya, Almaniya və Portuqaliya) çempionluq yaşayan yeganə futbolçu edib.

31 yaşlı oyunçu karyerası ərzində "Mançester Siti" (3 dəfə), "Yuventus", "Bayern Münhen" və "Benfika" ilə də qızıl medallar qazanıb.

Hazırda müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məxsus olan Kanselonun gələcəyi hələlik qeyri-müəyyəndir.

"Barselona" onu yenidən icarəyə götürmək və ya azad agent kimi heyətinə qatmaq variantlarını nəzərdən keçirir.