Hansi Flik atasının vəfat etdiyi gecə "Barselona" ilə çempionluğu bayram edib.

Offsideplus.az xəbər verir ki, ötən gecə baş tutan "El Klasiko"da "Real Madrid"i 2-0 hesabı ilə məğlub edən "Barselona" tarixində 29-cu dəfə La Liqa çempionu olub.

Alman mütəxəssis Hansi Flik atasını itirməsinə baxmayaraq, komandasını bu həlledici oyuna çıxarıb.

Matçdan əvvəl stadionda bir dəqiqəlik sükut nümayiş etdirilib və Flikin göz yaşlarını saxlaya bilmədiyi anlar hər kəsi duyğulandırıb.

Mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirən Flik bu sözləri deyib:

"Çox ağır oyun idi və mən bu günü heç vaxt unutmayacağam".