Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümündə keçirilən 38 qarşılaşmanı ümumilikdə 41 min 895 tamaşaçı tribunadan izləyib.

Offsideplus.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu rəqəm son 10 mövsümün ən yüksək nəticəsidir.

Hər oyuna orta hesabla 1102 azarkeş düşür ki, bu da bütün klubların qatıldığı və 39 matçdan ibarət olan indiki format üçün mütləq rekorddur.

Qeyd edək ki, Azərbaycan Kuboku artıq 18-ci dəfədir PFL tərəfindən təşkil olunur. 2008-ci ildən bəri keçirilən 465 qarşılaşmanı cəmi 695 min 272 tamaşaçı seyr edib. Qarşıdakı final oyunundan sonra bu ümumi rəqəmin 700 mini ötəcəyi gözlənilir.

mövsüm oyun tamaşaçı orta
2008/09 33 39250 1189
2009/10 37 72300 1954
2010/11 27 90950 3369
2011/12 26* 41100 1581
2012/13 26 55950 2152
2013/14 25 68050 2722
2014/15 23** 22350 1016
2015/16 24 54246 2260
2016/17 23 39700 1726
2017/18 23 25456 1107
2018/19 17 21400 1259
2019/20 12 6130 511
2020/21 17 - -
2021/22 17 16880 993
2022/23 19 31980 1683
2023/24 39 33842 868
2024/25 39 33793 866
2025/26 38 41895 1102
465 695272 1555