"Turan Tovuz" klubu Misli Premyer Liqasının XXXI turunda "Karvan-Yevlax" üzərində qazandığı 1:0 hesablı qələbə ilə cari mövsümü ilk "üçlük"də bitirməyi və avrokuboklara vəsiqəni rəsmiləşdirərək tarixi uğura imza atıb.
Offsideplus.az Kurban Berdıyevin yetirmələri bu nəticə ilə xallarını 59-a çatdıraraq "Neftçi" və "Zirə" üçün əlçatmaz olub, çempionat tarixinə medal qazanan 21-ci, ölkəmizi Avropada təmsil edəcək 23-cü komanda kimi düşüblər.
Medalın əyarının gümüş və ya bürünc olacağı, həmçinin komandanın UEFA Avropa Liqası, yoxsa Konfrans Liqasında mübarizə aparacağı son iki turun nəticələrindən və ölkə kubokunun finalından asılı olaraq dəqiqləşəcək.
Bununla da Tovuz şəhəri 1994-cü ildəki "Turan"dan sonra qitə səhnəsində ikinci fərqli klubla təmsil olunmaq hüququ qazanıb.


