Misli Premyer Liqasının XXXI turu "Turan Tovuz"un futbolçusu Rəhim Sadıxovun yubileyi ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununa çıxıb.
"Karvan-Yevlax"la keçirilən və 1:0 hesablı qələbə ilə başa çatan matçda 90 dəqiqə meydanda olan Rəhim, Azərbaycan çempionatında ümumilikdə 31 qola imza atıb.
2019/20 mövsümündən etibarən Premyer Liqada çıxış edən Sadıxov, bu müddət ərzində 3 müxtəlif klubun uğurları üçün çalışıb. O, "Sumqayıt"da 82 oyunda 17 qol, "Zirə"də 70 oyunda 10 qol, hazırkı klubu "Turan Tovuz"da isə 48 görüşdə 4 qol sevinci yaşayıb.


