MLS-də 12-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu" səfərdə "Nyu York Siti" ilə qarşılaşıb.

Nyu York təmsilçisinin hücumçusu Hannes Volf görüşdə het-trikə imza atıb və komandası 3:0 hesablı qələbə qazanıb.

Nəriman Axundzadə görüşün 79-ci dəqiqəsində meydana daxil olub.

"Kolambus Kryu" 12 xalla Şərq Konfransında 12-ci yerdədir.