Azarkeşlərin vaxtından əvvəl meydana axışması "Slaviya" - "Sparta" derbisinin təxirə salınmasına səbəb olub.

Offsideplus.az xəbər verir ki, Çexiya çempionatının pley-off mərhələsi çərçivəsində baş tutan paytaxt derbisində inanılmaz hadisələr yaşanıb.

Meydan sahibi "Slaviya" matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə 3:2 hesabı ilə öndə idi və çempionluğu elan etməyə cəmi bir neçə saniyə qalmışdı.

Lakin azarkeşlərin final fitini gözləmədən kütləvi şəkildə meydana daxil olması nəticəsində qarşılaşma dayandırılıb.

Hazırda Çexiya Futbol Liqası Assosiasiyası "Slaviya"ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi məsələsinə baxır. Belə olarsa, "Slaviya"nın qazanacağı çempionluq rəsmiləşməyəcək və titul yarışı davam edəcək.