Misli Premyer Liqasının XXXI turu “Turan Tovuz”un ispaniyalı legioneri Alexandro Serrano üçün yubileylə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Karvan-Yevlax”la keçirilən ev qarşılaşmasında (1:0) meydana çıxmaqla Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Serrano Premyer Liqada keçirdiyi bu oyunlarda rəqib qapılarına 11 yol tapıb. Ölkəmizdə yalnız Tovuz klubunun formasını geyinən futbolçu, bu komandada 2023/24 mövsümündən etibarən çıxış edir.
Qeyd edək ki, o, Premyer Liqa tarixində 100 oyun həddini keçən ikinci ispaniyalı futbolçudur. Ondan əvvəl bu göstəriciyə yalnız “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Miçel imza atmışdı.


