Misli Premyer Liqasının cari mövsümündə növbəti erkən qol rekordu qeydə alınıb.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, XXXI turun "Neftçi" – "Şamaxı" qarşılaşmasında (3:0) hesabı açan Emin Mahmudov topu 1-ci dəqiqədə rəqib qapısından keçirib.

Bu, 2025/2026 mövsümündə ilk dəqiqədə vurulan ikinci qol kimi tarixə düşüb. Maraqlıdır ki, mövsümün digər ən erkən qolu da məhz "Şamaxı"ya qarşı vurulmuşdu. 

2025-ci il avqustun 24-də "Sabah"ın hücumçusu Coy Lens Mikels 1-ci dəqiqədə topu onların qapısından keçirib.