Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə yeniyetmələrin Avropa birinciliyinə (U-17) start verilir.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 5 üzvü xalça üzərinə çıxacaq.

Finalçıların adlarını müəyyənləşdirəcək idmançılarımız bunlardır: Ömər Salmanov (48 kq), Qurban Məcnunov (55 kq), Orxan Həbibli (65 kq), Zəka Yusubov (80 kq) və Məhəmməd Mustafayev (110 kq).

Avropa çempionatı mayın 17-də yekunlaşacaq.