İliya Topuria "Ağ Ev"dəki rəqibi Castin Qeycini tərifləyib.

Offsideplus.az xəbər verir ki, o, ABŞ-dan olan döyüşçü barədə 

"Bəli, Castin Qeyci Justin Gaethje üçün "hədiyyə" demək bir az mübaliğə oldu, çünki o, hədiyyə deyil. O, əfsanəvi bir döyüşçüdür, əsl "Şərəf Zalının" (Hall of Famer) üzvüdür. Onun bütün döyüşlərini izləməyi sevirəm və ona sonsuz hörmətim var. Amma sadəcə ondan çox daha yaxşı olduğumu hiss edirəm. Mənim zamanım gəlib və sadəcə gedib işimi görməliyəm.

Bu, sadəcə özünəinamdır. Əgər kimdəsə həddindən artıq arxayınlıq varsa, o, ağır məşq etməyi dayandırar, o qədər də çox səy göstərməz. Mən onu çox ciddiyə alıram. Təbirincə desək, eşşək kimi çalışıram. Gecəmi gündüzümə qatıram. Çünki qarşımda çox çətin bir rəqib olduğunu bilirəm".

Qeyd edək ki, bu döyüş iyunun 14-də baş tutacaq.