Londonun "Çelsi" klubu gələn mövsüm üçün baş məşqçi axtarışlarını genişləndirir.
Offsideplus.az xəbər verir ki, "Zadəganlar"ın rəhbərliyi tərəfindən müəyyənləşdirilən geniş namizədlər siyahısına daha iki tanınmış mütəxəssisin adı əlavə edilib.
Son məlumatlara görə, Oliver Qlasner və Filipe Luis paytaxt klubunun idarəçiliyi üçün nəzərdən keçirilən əsas simalar arasındadır.
Qeyd edək ki, Filipe Luis "Çelsi" azarkeşlərinə yad sima deyil; o, 2014/15-ci illər mövsümündə London klubunun şərəfini qoruyub.
Klubun yenilənmiş namizədlər siyahısında hazırda bu adlar yer alır:
- Oliver Qlasner
- Filipe Luis
- Xabi Alonso
- Andoni İraola
- Marku Silva
Xatırladaq ki, "Çelsi" rəhbərliyi mövsümün sonunda komandanın sükanı arxasına keçəcək ən uyğun namizədi seçmək üçün həm Premyer Liqa təcrübəsi olan, həm də beynəlxalq səviyyədə özünü sübut etmiş məşqçiləri ciddi şəkildə izləməyə davam edir.


