Donovan Mitçellin möhtəşəm oyunu sayəsində "Klivlend Kavalers" Şərq konfransının yarımfinal seriyasının dördüncü oyununda "Detroyt Pistons"u 112:103 hesabı ilə məğlub edərək seriyada tarazlığı bərpa edib - 2:2..

Offsideplus.az xəbər verir ki, görüşü 43 xal, 5 ribaund və 2 məhsuldar ötürmə ilə tamamlayan Mitçell, xallarının 39-nu məhz ikinci hissədə qazanıb. Bununla da o, 1987-ci ildə Erik Floydun müəyyənləşdirdiyi "pley-off oyununun bir hissəsində ən çox xal toplama" rekordunu təkrarlayıb.

Ardıcıl üçüncü oyunda 30 və daha çox xal yığan ulduz basketbolçunun bu performansı, "Kavalers"in seriyada 0-2 geridə olduğu vəziyyətdən çıxmasına kömək edib.

Qeyd edək ki, qalib komandada Ceyms Harden də 24 xalla yadda qalıb.