Azərbaycanlı döyüşçü Fərman Həsənovun UFC-dəki ilk rəqibi məlum olub.

Offsideplus.az xəbər verir ki, o, Bakıda Erik Nolanla döyüşəcək.

ABŞ-dan olan E. Nolan indiyə qədər 12 dəfə oktaqona çıxıb. O, 8 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.

F. Həsənov isə indiyə qədər heç vaxt məğlub olmayıb - 5:0.

Qeyd edək ki, Bakıdakı UFC tədbiri iyun 27-də baş tutacaq.