"Arsenal" klubu keçmiş "Çelsi" futbolçularının transfer müqavilələrindəki xüsusi bəndlərə görə "mavi"lərə böyük məbləğdə əlavə ödənişlər edə bilər.

Offsideplus.az xəbər verir ki, bu ödənişlər London klubunun cari mövsümdəki uğurlarından birbaşa asılıdır.

​Məlumata görə, müqavilə şərtləri aşağıdakı kimidir:

  • ​Kay Haverts: Əgər "Arsenal" bu mövsüm Çempionlar Liqasının qalibi olarsa, "Çelsi"yə əlavə 30 milyon funt-sterlinq ödəniləcək.
  • ​Noni Madueke: "Topçular" həm Premyer Liqa, həm də Çempionlar Liqasında zəfər çalaraq "qızıl dubl" edərsə, "Çelsi" daha 20 milyon funt-sterlinq qazanacaq.
  • ​Kepa Arrisabalaqa: "Arsenal" hər iki turnirdə qalib gələcəyi təqdirdə, ispaniyalı qolkiperin transferinə görə əlavə 8 milyon funt-sterlinq ödəniş ediləcək.

​Hazırda Mikel Artetanın komandası hər iki cəbhədə iddialı çıxışını davam etdirir. Bu uğurlar "Arsenal" üçün tarixi nailiyyət olsa da, maliyyə baxımından "Çelsi"nin büdcəsinə ümumilikdə 58 milyon funt-sterlinq əlavə vəsaitin daxil olması ilə nəticələnə bilər.