Fransada peşəkar futbolçuların seçimi ilə müəyyənləşən nüfuzlu UNFP (Milli Peşəkar Futbolçular Birliyi) mükafatlandırma mərasimində sensasiyalı nəticələr qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, ​mərasimin ən böyük sürprizi Kilian Mbappe ilə bağlı olub. Uzun illərdir Fransada mükafatları "embarqolayan" ulduz futbolçu karyerasında ilk dəfə mərasimi əliboş tərk edib.

O, nəinki Liqa 1-in ən yaxşısı seçilməyib, hətta iddialı olduğu "Xaricdə çıxış edən ən yaxşı fransız futbolçu" titulunu da qazana bilməyib.

​Gecənin digər diqqətçəkən məqamları isə bunlardır:

  • ​Xaricdəki ən yaxşı fransız: "Bavariya"da göstərdiyi möhtəşəm oyunla hər kəsi heyran edən Maykl Olise xaricdə çıxış edən ən yaxşı fransız futbolçu nominasiyasında qalib gəlib.
  • ​İlin ən yaxşı gənc oyunçusu: PSJ-nin gənc ulduzu Dezirye Due mövsümün ən yaxşı gənc futbolçusu seçilərək bu mükafata sahib çıxıb.  

​Bu nəticələr Fransada "Mbappe erası"nın mükafatlar baxımından bir qədər kölgədə qaldığı və yeni gənc istedadların ön plana çıxdığı bir dövrün başlanğıcı kimi qiymətləndirilir.