"Liverpul" sabiq ulduzunu qaytarmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, ​ötən ilin yayında doğma klubu "Liverpul"dan ayrılaraq "Real Madrid"ə keçən Trent Aleksander-Arnoldun İspaniya macərası gözlənilən kimi getmir.

27 yaşlı sağ cinah müdafiəçisinin yaxın çevrəsindən sızan məlumatlara görə, o, karyerasını yenidən İngiltərədə davam etdirmək niyyətindədir.  

​Məlumata görə, "Liverpul" rəhbərliyi Trentin nümayəndə heyəti olan PLG Agentliyi ilə intensiv danışıqlara başlayıb. Tərəflər futbolçunun "Enfild"ə mümkün qayıdış şərtlərini müzakirə edirlər. Madrid klubunda ardıcıl zədələr və komandanın bu mövsümü titulsuz başa vurması (La Liqada çempionluğun "Barselona"ya uduzulması) ulduz futbolçunun qərarına ciddi təsir göstərib.

​Xəbərlərdə qeyd olunur ki, Trent keçən il klubdan ayrılma formasından və azarkeşlərlə yaranan gərginlikdən dərin peşmanlıq duyur. O, doğma klubuna qayıdaraq "Liverpul" fanatlarının hörmətini və etimadını yenidən qazanmağa hazır olduğunu bildirib.

"Real Madrid"in bu mövsüm keçirdiyi uğursuz kampaniya və klub daxilindəki gərginlik (Mbappenin gələcəyi və paltardəyişmə otağındakı münaqişələr) fonunda rəhbərliyin heyətdə ciddi dəyişikliklər edəcəyi gözlənilir. Trentin İspaniyada əsas heyət oyunçusuna çevrilə bilməməsi onun yay transfer pəncərəsində satışını real edir.

​Qeyd edək ki, Trent Aleksander-Arnoldun "Real Madrid"lə müqaviləsi 2031-ci ilin yayına qədər olsa da, İngiltərə mediası transferin 2026-cı ilin yayında reallaşma ehtimalının çox yüksək olduğunu vurğulayır.