"Barselona"nın hücumçusu Ferran Torres yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı forvardın xidmətində bir neçə iddialı klub maraqlıdır.

​Kataloniya təmsilçisi ilə müqaviləsinin bitməsinə bir il qalan (2027-ci ilə qədər) ispaniyalı futbolçu üçün aşağıdakı klublar hərəkətə keçib:

  • ​"Aston Villa": Unai Emerinin rəhbərlik etdiyi klubun bu transfer üçün 65 milyon avro təklif etməyə hazır olduğu bildirilir.  
  • ​"Milan": İtaliya nəhəngi Torresə fərqli bir marşrut təklif edir. "Rossonyerlər"in oyunçunu satınalma öhdəliyi ilə icarəyə götürmək istədiyi deyilir.  
  • ​"Nyukasl Yunayted": "Sağsağanlar" da hücum xəttini gücləndirmək üçün Torresin vəziyyətini yaxından izləyir.

Klubun maliyyə vəziyyəti və futbolçunun müqaviləsinin sonuna yaxınlaşması "Barselona"nı bu yay ciddi bir satış reallaşdırmağa sövq edə bilər.