Ötən gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə yeniyetmələrin (U-17) Avropa birinciliyinə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının 5 üzvü xalça üzərinə çıxıb: Ömər Salmanov (48 kq), Qurban Məcnunov (55 kq), Orxan Həbibli (65 kq), Zəka Yusubov (80 kq) və Məhəmməd Mustafayev (110 kq).

Onlardan Salmanov və Məcnunov bütün rəqiblərinə qalib gələrək finala yüksəliblər. Final görüşləri bu gün keçiriləcək.

Həbibli və Yusubov 1/4 finalda, Mustafayev isə ilk qarşılaşmada məğlub olublar.

Avropa çempionatı mayın 17-də başa çatacaq.