Vyetnamın Dananq şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsində Azərbaycan millisi bir dəst medal qazanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edən güləşçilərimizdən Əşrəf Aşırov (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Sahib Dadaşov (80 kq) yarışı gümüş, Rübail İbrahimli (70 kq) isə bürünc medalla başa vurub.
Yarışda 4 idmançı ilə təmsil olunan millimiz komanda hesabında 60 xal toplayaraq Gürcüstan və Ukraynadan sonra 3-cü yeri tutub.


