Azərbaycanın sərbəst güləş əfsanələrindən olan Hacı Əliyev RAF Liqası ilə müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Real American Freestyle" peşəkar güləş liqasının sosial şəbəkə səhifəsində paylaşım edilib. Olimpiya mükafatçımız bu turnirdə iştirak edəcək ilk azərbaycanlı olacaq.
Qeyd edək ki, H.Əliyev Yay Olimpiya Oyunlarının gümüş və bürünc medalçısı, üçqat dünya və dördqat Avropa çempionudur.


