Super Liqanın son turunun "Trabzonspor" - "Beşiktaş" matçında həyacanlı anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, görüşün 88-ci dəqiqəsində "Qara dəniz" təmsilçisinin heyətində Cihan Çanak rəqibi Feliks Udokai ilə mübarizə zamanı yerə yıxılaraq hərəkətsiz qalıb. Gənc futbolçu oyuna davam edə bilməyib. Onun yerinə meydana Ozan Tufan daxil olub.
Klub rəsmi səhifəsində Cihan Çanakın vəziyyətilə bağlı məlumat yayıb. Müayinədən sonra futbolçuda ciddi sağlamlıq probleminin aşkarlanmadığı bildirilib.