"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz "Leyptsiq" klubunun hədəfindədir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Bundesliqa klubu türk ulduz üçün "Qalatasaray"a 23 milyon avro təklif edib.
Qeyd edək ki, 24 yaşlı vingerin klubla müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.


