"Qalatasaray" legionerini icarəyə verib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" TFF-yə göndərilən məktubda Jesse Sekidikanın bundan sonra "Konyaspor"un şərəfini qoruyacağı qeyd olunub. Futbolçu cari mövsümün sonuna qədər, dəqiq desək, mayın 31-nə qədər konyalıların uğurları üçün tər tökəcək. Qarşı tərəf bunun üçün "Qalatasaray"a pul ödəməyib. Sadəcə, futbolçunun aylıq maaşı veriləcək. Sekidika yeni komandasında kürəyində "71" nömrəni daşıyacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçu cari Super Liqa mövsümündə sarı-qırmızı formada 6 oyunda 1 dəfə fərqlənmişdi.



