Türkiyə Superliqasının onilliklər boyu davam edən rəqabətini əks etdirən "Bütün Dövrlərin Cədvəli" rəqəmlərlə yenilənib.

Offsideplus.az xəbər verir ki, Türkiyə tarixinin ən uğurlu klublarının sıralandığı siyahıda "Fənərbaxça" liderliyini qoruyub, "Qalatasaray" isə aradakı fərqi minimuma endirib.

Tarixi reytinqin birinci pilləsində 4504 xal toplayan "Fənərbağça" qərarlaşıb. "Sarı-lacivərdlilər" keçirdikləri 2261 oyunda 1307 qələbə qazanaraq Türkiyə futbol tarixinin ən çox xal toplayan və ən çox qol vuran (4100 qol) komandası olub.

Onun ən yaxın izləyicisi "Qalatasaray" isə eyni sayda oyunda (2261) 1305 qələbə və 4469 xal ilə ikinci sıradadır. İki nəhəng arasındakı xal fərqinin cəmi 35 olması rəqabətin nə dərəcədə kəskin olduğunu göstərir. İlk üçlüyü 4270 xal ilə "Beşiktaş", dördüncü pilləni isə 3099 xal ilə "Trabzonspor" tutur.

"Dörd Böyüklər"dən sonra siyahıda ən yüksək mövqedə "Bursaspor" yer alıb. Çempionluq təcrübəsi olan yaşıl-ağlılar 1644 matçda topladıqları 2189 xal ilə 5-ci pillədəki yerini qoruyublar. Onları müvafiq olaraq "MKE Ankaragücü" (2176 xal) və "Gənclərbirliyi" (2096 xal) izləyir.

Tarixi İlk 10-luq:

  • 8. "Altay İzmir": 1686 xal

  • 9. Qaziantepspor": 1363 xal

  • 10. "Samsunspor": 1354 xal


Cədvəlin davamında "Eskişehirspor", "Göztepe""Antalyaspor" kimi köklü klublar gəlir. Diqqətçəkən məqamlardan biri odur ki, son illərin uğurlu komandası "İstanbul Başakşehir" cəmi 631 oyunda 1007 xal toplayaraq 15-ci pilləyə qədər yüksəlməyi bacarıb.

Siyahının son sıralarında (16-20) isə "İstanbulspor", "Çaykur Rizespor", "Kasımpaşa", "Sivasspor""Kayserispor" yer alaraq Türkiyə futbolunun elita mirasını tamamlayıblar. Bu statistika Türkiyə Super Liqasının sadəcə bu gününü deyil, bütün keçmişini rəqəmlərin dili ilə izah edir.