“Qalatasaray” Süperliqanın 22-ci turunda evdə “Eyüpspor”u 5:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, sarı-qırmızılıların qələbəsini təmin edən qollar belə gəldi:
-
2-ci dəqiqədə Yunus Akgün
-
33-cü, 48-ci və 70-ci dəqiqələrdə Mauro İkardi
-
87-ci dəqiqədə Onguene öz qapısına qol vurdu
-
“Eyüpspor”un yeganə qolunu isə 71-ci dəqiqədə Metehan Altunbaş vurdu.
Bu qələbə ilə “Qalatasaray” xalını 55-ə yüksəltdi və “Fənərbağça” ilə aradakı fərqi 6 xala çatdırdı. “Eyüpspor” isə 18 xal ilə qaldı.
Sarı-qırmızılılar 17 fevral, çərşənbə axşamı günü “Yuventus” ilə Çempionlar Liqasında qarşılaşacaq, ardından isə 21 fevral şənbə günü “Konyaspor”un qonağı olacaq.
“Eyüpspor” isə gələn həftə “Gənclərbirliyi”ni qəbul edəcək.


