Ziraat Türkiyə Kuboku A Qrupunun 3-cü turunda “Qalatasaray” doğma meydanda “İstanbulspor”u 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, sarı-qırmızılıların qollarını Mauro İkardi, Lukas TorreyraAhmed Kutucu vurub. Qonaq komandanın yeganə qoluna isə 26-cı dəqiqədə Mendi Mamadu imza atıb.

Baş məşqçi Okan Buruk sıx oyun qrafiki səbəbindən Uğurcan Çakır, Roland Şallai, Gabriel Sara, Viktor OsimhenYunus Akgünü ehtiyatda saxlayıb. Zədələri olan Leroy SaneArda Ünyay isə matçın iştirak ərizəsində yer almayıb.

Matçın 46-cı dəqiqəsində isə narahatedici an yaşanıb. Ahmed Kutucu ilə qapıçı İsa Doğanın baş-başa toqquşması hər iki futbolçunun yerə yıxılmasına səbəb olub. İsa Doğan şüuru açıq halda xəstəxanaya aparılıb və onun yanaq sümüyünün qırıldığı bildirilib. Ahmed Kutucu isə ehtiyat tədbiri olaraq oyundan çıxarılaraq xəstəxanaya göndərilib.

“Qalatasaray”ın qış fasiləsində transfer etdiyi Yaser Asprilla sarı-qırmızılı formada ilk dəfə start heyətində meydana çıxıb. Kolumbiyalı futbolçu ötən həftə “Kayserispor”la oyunda sonradan meydana daxil olmuşdu.