Yanvar transfer dövründə "Fənərbağça"nın siyahısında üst sıralarda yer alan Ademola Lukman üçün "Qalatasaray" da araya girdi.

Offsideplus.az xəbər verir ki, onlar  "Atalanta" formasını geyinən nigeriyalı ulduz üçün İtaliyada danışıqlara başlayıb.

İtaliya mətbuatına görə, "Qalatasaray" Baş Assambleya vəkili Abdullah Kavukcunun Milana səfəri zamanı gündəmindəki adlardan biri də Ademola Lukman olub. J

Onun Yussuf Fofana ilə yanaşı Lukman üçün də ilkin danışıqlar apardığını yazıb.

Qeyd olunub ki, "Qalatasaray" 26 yaşlı qanad oyunçu üçün "Atalanta"ya təqdim etməyi planlaşdırdığı ilkin təklifin 25 milyon avro səviyyəsində olacaq. Bu addım, uzun müddətdir Lukman ilə əlaqədə olan "Fənərbağça" tərəfini də diqqətlə izləməyə vadar edib.