UEFA Azərbaycan millisinin futbolçusu Peritan Bozdağı iki oyunluq cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, buna 25 yaşlı hücumçunun Portuqaliyaya səfərdə uduzduqları (0:4) Avropa çempionatının pley-off mərhələsinin cavab matçında birbaşa qırmızı vərəqə alması səbəb olub.
Avropa futbol qurumu forvardın hərəkətini "ciddi kobud oyun" kimi qiymətləndirib.
P. Bozdağ növbəti iki matçda yığmaya kömək edə bilməyəcək.
Xatırladaq ki,Azərbaycan millisi Bakıda keçirilən ilk oyunda Portuqaliyaya 1:4 hesabı ilə məğlub olmuşdu.