Aleksis Sançes “Mançester Yunayted”ə transferi ilə bağlı səmimi etiraflar edib.
Offsideplus.az xəbər verir ki, çilili futbolçu bildirib ki, ilk məşqdən sonra böyük məyusluq yaşayıb:
“İlk məşqdən sonra evə qayıdıb agentimə dedim: ‘Müqaviləni cıra bilərsənmi ki, Arsenal’a qayıdım?’”
Sançezin sözlərinə görə, bəzi şeylər yalnız ora gedəndən sonra aydın olur:
“Bəzən elə məqamlar olur ki, onları yalnız yerində görəndə anlayırsan. Mən də ilk məşqdən sonra bir çox şeyi başa düşdüm.”
Təcrübəli hücumçu “Yunayted”dəki atmosferdən də narazı qaldığını gizlətməyib:
“‘Mançester Yunayted’də bir çox şey düzgün işləmirdi. Mühit yaxşı deyildi. Davamlılıq yox idi, inam yox idi.”



