"Mançester Yunayted" "Real Madrid"in ulduzunu transfer etmək istəyir.

Offsideplus.az
xəbər verir ki, onlar Federiko Valverde üçün gözlənilməz addım atmağa hazırlaşır

Rəhbərlik uruqvaylı futbolçunun Xabi Alonso ilə yaşadığı mübahisədən sonra təxminən 80 milyon avro dəyərində təkliflə "Real Madrid"in mövqeyini yoxlamağa hazırdır.

Lakin "Real Madrid" 27 yaşlı Valverdenin satışına yalnız 100 milyon avrodan yuxarı məbləğ qarşılığında razı ola bilər.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayınadək davam edir.