İngiltərənin "Mançester Yunayted" klubu yay transferində 11 oyunçunu satmaq ehtimalı ilə geniş dəyişiklik etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, siyahıda hətta kapitan Bruno Fernandeş də yer alır. Məqsəd isə tam komandanı yenidən qurmaqdır.
Klub həmçinin cinah mövqeyini gücləndirmək və yeni mərkəz yarımmüdafiəçi gətirmək istəyir. Hədəflər arasında Elliot Anderson, Adam Uorton, Karlos Baleba, Joao Gomes, Anqelo Stiller və Konor Qallagher var.
Satıla biləcək oyunçular:
-
Bruno Fernandes
-
Kobbi Mainu
-
Manuel Uqarte
-
Markus Raşford
-
Rasmus Hoylund
-
Kazemiro
-
Ceydon Sanço
-
Hari Maqvayr
-
Altay Bayındır
-
Coşua Zirkzi
-
Tirel Malasiya
Bu transfer planı "Mançester Yunayted"in yayda ciddi struktur dəyişikliklərinə hazırlaşdığını göstərir.



