"Mançester Yunayted" braziliyalı yarımmüdafiəçi Kasemiro ilə yolları ayırır.
Offsideplus.az xəbər verir ki, onun müqaviləsində yer alan əlavə 1 mövsümlük müqavilə seçimini aktiv etməməyi qərara alıb. Buna səbəb futbolçunun klubun ən çox qazanan üç oyunçusundan biri olmasıdır — Kasemiro həftədə 300 min funt sterlinqdən çox maaş alır.
Klub rəhbərliyi yarımmüdafiəni gücləndirmək üçün artıq bir neçə alternativ futbolçu müəyyənləşdirib. "Qırmızı şeytanlar"ın gündəmində olan adlar bunlardır:
-
Adam Uorton
-
Elliot Anderson
-
Karlos Baleba
Məlumata görə, “Mançester Yunayted” yay transfer dönəmində orta xəttə daha gənc və dinamik oyunçular gətirməyə üstünlük verəcək.



