"Mançester Yunayted" yay transfer pəncərəsinə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi komandanın yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir və bir neçə potensial hədəfi müəyyənləşdirib.
Klubun izlədiyi futbolçular arasında Konor Qallager ("Çelsi"), Anjelo Stiller ("Ştuttqart"), Karlos Baleba ("Brayton"), Adam Uorton ("Kristal Palas"), Andrey Santos ("Strasburq") və Elliot Anderson ("Nyukasl Yunayed") yer alır.
Lakin “Qırmızı şeytanlar” bu transferləri yanvar ayında deyil, 2025-ci ilin yay transfer pəncərəsində reallaşdırmağı planlaşdırır.



