Arsenal-ın sabiq baş məşqçisi Arsen Vengerin təqaüdə çıxmaq fikrində deyil.

Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssis tezliklə yenidən iş başında olmaq istədiyini söyləyib.

Lakin o, yanvar ayına qədər heç bir təklifi qəbul etməyəcək.  Premyer Liqada işləmək həvəsində olmadığını deyən Venger bir qədər dincəldikdən sonra təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən çalışdırdığı Arsenal-la bu ilin yayında klubdan ayrılıb.