Fransalı futbolçu Pol Poqba karyerasında verdiyi ən vacib qərarlardan biri barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi etiraf edib ki, vaxtilə “Real Madrid”dən rəsmi maraq olub və o, ispan nəhənginə keçməyi ciddi şəkildə düşünüb.

Poqbanın sözlərinə görə, qarşısında iki əsas seçim var idi:
“Düzünü desəm, ‘Real Madrid’ mənə müraciət etmişdi və ora getməyi düşünürdüm. Eyni zamanda Mançesterə qayıtmaq variantını da nəzərdən keçirirdim”.

Fransalı futbolçu sonda qərarını hisslərinə əsaslanaraq verdiyini bildirib:
“Ürəyim mənə ‘Mançester Yunayted’ə qayıtmağı dedi. Niyə belə olduğunu bilmirəm. Nə baş verəcəyini də bilmirdim”.

Pol Poqba seçiminin doğru olduğunu vurğulayaraq əlavə edib:
“Amma bu qərarı verdim və buna görə peşman deyiləm”.

Qeyd edək ki, Poqba 2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə qayıtmış və klub tarixinin ən bahalı transferlərindən birinə imza atmışdı.