UEFA Çempionlar Liqasında Norveç təmsilçisi “Bodo/Qlimt” doğma meydanda “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub edərək böyük sensasiyaya imza atıb.

Offsideplus.az xəbər verir ki, matçın ilk hissəsində meydan sahibləri oyuna tam nəzarət edib. Kasper Höq ilk 45 dəqiqədə vurduğu iki qolla “Mançester Siti”ni fasiləyə qədər ciddi təzyiq altında saxlayıb. İkinci hissədə isə Yens Petter Hauqe hesabı artıraraq görüşün taleyini həll edib.

Topa sahib olmaq baxımından üstün olan Pep Quardiolanın komandası “Bodo/Qlimt”in möhkəm müdafiəsini yarmaqda çətinlik çəkib. İngiltərə klubu yalnız 60-cı dəqiqədə Rayan Çerkinin qolu ilə fərqi azaltmağa nail olub.

Bu məğlubiyyət “Mançester Siti”nin son dövrdəki uğursuz seriyasını daha da dərinləşdirib. Komanda Premyer Liqada “Mançester Yunayted”ə qarşı derbidə aldığı ağır məğlubiyyətdən sonra ardıcıl ikinci dəfə uduzub.