UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turu oynanılır.
Offsideplus.az xəbər verir ki, gecənin növbəti oyunlarında ikinci hissə oynanılıb. "Arsenal" səfərdə "İnter"in qonağı olub
İlk hissədə ev sahibləri 1, qonaqlar 2 qol vurub. "Topçular"dan Qabriel Xesus dubl müəllifi olub. İkinci hissədə isə qonaqlardan Viktor Qyökeres fərqlənib.
Səfərdə 3:1 hesabla qalib gələn "Arsenal" bununla da liqada 7/7 edərək, 1/8 finala vəsiqəni rəsmiləşdirib.


