"Qalatasaray" Çempionlar Liqasının 1/8 mərhələsində sabah "Liverpul"la üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk görüşdən öncə keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:
"İlk 8 oyun müəyyənləşəndə ən asan rəqib kimi görünən komanda Bodø/Glimt idi, indi isə onlar 1/8 finaldadırlar. Ötən mərhələnin favoriti olan Juventus'u mübarizədən kənarlaşdırmağı bacardıq. İndi isə favorit Liverpool klubudur. Hər oyun bir təcrübədir və Juventus'la keçirilən cavab görüşü də bizim üçün böyük təcrübə oldu".
Qeyd edək ki, "Qalatasaray" və "Liverpul" arasındakı matç sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Cavab oyunu isə martın 17-də oynanılacaq.


