İngiltərə Kubokunda "Vulverhempton"u mübarizədən kənarlaşdıran "Liverpul" artıq tamamilə Çempionlar Liqasındakı "Qalatasaray"la oyuna köklənib.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Arne Slot İstanbuldakı atmosferin tamamilə fərqli olduğunu bildirib:

"Qalatasaray" səfərindəki atmosfer oynadığım heç bir səfər matçına bənzəmir. Oranı daha əvvəl oynadığım bütün səfər oyunlarından fərqləndirən xüsusiyyətlər var. Çox çətin mühitdir".

Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" matçı martın 10-da, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.