Dünya reytinqinin 2 nömrəsi Yannik Sinner cümə günü çexiyalı Dalibor Svrçinanı 6:1, 6:1 hesabı ilə məğlub edərək İndian-Uellsdə uğurlu başlanğıc edib.

Offsideplus.az xəbər verir ki, ötənilki yarışı dopinq cəzası səbəbindən buraxan italiyalı cəmi bir breyk-point verdiyi oyunda, cəmi 64 dəqiqəyə qalib gəlib.

Svrçina birinci setdə hesabı 1:1 etdikdən sonra, Sinner rəqibi yenidən oyun qazanana qədər ardıcıl doqquz geymdə qalib gəlib.

Bu, dördqat "Böyük Dəbilqə" çempionu üçün uğurlu bir başlanğıc idi.

"Özümü mental olaraq yaxşı hiss edirəm," – deyə Avstraliya Açıq çempionatının yarımfinalında Cokoviçə uduzan və keçən ay Dohadakı turnird' 1/4 finalda Yakub Menşikin sürprizi ilə qarşılaşan Sinner bildirib.