“Liverpul”un baş məşqçisi Arne Slot klubdan ayrılması və Xabi Alonso ilə “Liverpul” mövzusu barədə soruşulanda maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Slot bildirib ki, Alonso özü ilə əlaqə saxlayaraq komandaya altı ay ərzində rəhbərlik edəcəyini söyləyib:
“Xabi mənə zəng etdi və dedi ki, altı ay ərzində komandaya rəhbərlik edəcək. Yox, yox, yox… Bu, mənə verilən ən qəribə suallardan biri idi!”
Holland mütəxəssis hazırda "Liverpul"dakı işindən məmnun olduğunu və burada uğur qazandığını vurğulayıb:
“Burada 18 aydır çalışıram və işimi sevirəm. Liqada qalib gəldik, bu mövsüm isə çətinliklər yaşadıq, bu isə açıq-aşkar görünür.”


