“İnter” yay transfer pəncərəsi üçün “Aston Villa”nın qapıçısı Emiliano Martinesin nümayəndələri ilə ilkin təmaslar qurub.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi mümkün transferin şərtlərini öyrənmək məqsədilə futbolçunun tərəfi ilə danışıqlar aparır.
Məlumata görə, “İnter” Yann Zommer üçün təcrübəli əvəzləyici variantını seçəcəyi halda, Emiliano Martines əsas namizədlərdən biri kimi klubun qısa siyahısında yer alır.


