Anxel Di María eks-komanda yoldaşı Kriştianu Ronaldu barədə xoş sözlər ifadə edib.
Offsideplus.az xəbər verir ki, Di Maria bildirib:
“Real Madrid"dəki ilk ad günümdə dostlarımı evimə dəvət etdim və Kriştianu Ronaldunu da çağırdım.”
O, əlavə edib: “Kriştianuya istəsə evimə gələ biləcəyini dedim. Gələcəyini gözləmirdim, amma o mesaj göndərib iştirakını təsdiqlədi.”
Di María qeyd edib ki, Ronaldu evinə gəlib və içki içən dostları ilə birlikdə çöldə əyləşib: “O, içki içmir, amma onların yanında oturdu.”
Futbolçu, həmçinin, vurğulayıb: “Həqiqətən onun gəlməsi məni çox təəccübləndirdi. Sahədə hər zaman hər şeyi qazanırdı, əsl birinci olduğunu açıq göstərirdi. Amma sahədən kənarda tamamilə fərqli bir insandır – həqiqətən möhtəşəm bir insan.”


